İnsanlığın beşiyi
İnsanlğın beşiyi — CAR-ın Qautenq vilayəti, Yohannesburq şəhərinin 50 km (31 mil) şimal-qərbində yerləşən, paleoantropoloji ərazi. 1999-cu ildə UNESCO tərəfindən Ümumdünya irsi elan edilmişdir. Hazırda 47 000 hektar ərazini əhatə edir və əhəng daşı mağaraları kompleksini ehtiva edir.
Lakin, mövcud arxeoloji və fosil sübutlarına görə, insanlığın beşiyi tez-tez "bəşəriyyətin beşiyi" kimi xatırlanan Şərqi Afrikadakı Afar üçbucağıdır.
Ərazidəki Sterkfonteyn mağaraları 1947-ci ildə Robert Brum və Con Telbot Robinson tərəfindən tapılmış 2.3 milyon illik bir Australopithecus africanus fosilinin ("Xanım Ples" ləqəbli) kəşf edildiyi yer idi. Tapıntı 1924-cü ildə qazıntı işlərinin davam etdiyi Cənubi Afrikanın şimal-qərb viyalətindəki Taunq-da Raymond Dart tərəfindən "Taung uşağı" olaraq bilinən, yetkinlik yaşına çatmayan Australopithecus africanus kəlləsinin kəşfini təsdiqləməyə kömək etdi.
Əraziyə daxil olmasa da, yaxınlığındakı Rayzinq-Star mağara sistemində, müvəqqəti olaraq Homo naledi adlandırılan nəsli kəsilmiş bir növün on beş fosil skeleti tapılan Dinaledi otağı (ulduzlar otağı) var.
Təkcə Sterkfonteyn 2010-cu ildən əvvəl tapılmış erkən hominid fosillərinin üçdə birindən çoxunu ehtiva etmişdir. Dinaledi otağı isə, 1500-dən çox H. naledi fosilini, Afrikada indiyə qədər tapılan tək hominid növünün ən geniş kəşfini ehtiva edir.
Ərazi üçün işlədilən "insanlığın beşiyi" ifadəsi ərazidə indiyə qədər tapılmış çox sayda (və ən qədimlərindən bəziləri), bəziləri 3,5 milyon il əvvələ aid olan tapıntılara əsaslanır.